Bakı. Trend:
Finlandiyada prezident seçkiləri başa çatıb.
Trend-in məlumatına görə, ümumilikdə ölkədə 2 mindən artıq sesvermə məntəqəsi açılıb. Onlar ümumtəhsil müəssisələrinin binalarında, kitabxanalarda, şəhərlər meriyalarında və digər inzibati binalarda yerləşib.
Finlandiyanın Ədliyyə Nazirliyi bildirir ki, prezident seçkilərinin ilkin nəticələri yanvar ayının 28-i bilinəcək.
Seçkilərin yekun rəsmi nəticələri yanvarın 30-da Finlandiya Ədliyyə Nazirliyi tərəfindən təqdim ediləcək.