Bakı. Trend:
“Air France” şirkətinin Honq Konqdan Parisə uçan təyyarəsi texniki qüsurlarla əlaqədar geri qayıtmalı olub.
Trend-in məlumatına görə, təyyarə Çinin Uhan şəhəri üzərində olarkən pilotlar mühərrikdə qüsurların ola biləcəyini bildiriblər.
Təyyarə hava limanına qayıdaraq uğurlu eniş edib.
Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
Qeyd edək ki, bu son günlər ərzində qeydə alınan ikinci belə hadisədir. Belə ki, ötən gün Honq Konqdan Filippinə uçan daha bir təyyarə geri qayıtmalı olmuşdu.