...

Yıldırım: Hatay və Kilisə 94 raket buraxılıb

Dünya xəbərləri Materials 5 Fevral 2018 00:47 (UTC +04:00)
Bu günədək Hatay və Kilis vilayətlərinə Suriyadan 94 raket buraxılıb.
Yıldırım: Hatay və Kilisə 94 raket buraxılıb

Bakı. Trend:

Bu günədək Hatay və Kilis vilayətlərinə Suriyadan 94 raket buraxılıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Hatay vilayətinə 60, Kilisə isə 34 raket buraxılıb: "7 dinc sakin həlak olub, daha 113 nəfər isə yaralanıb."

Binali Yıldırım həmçinin deyib ki, "Zeytun budağı" əməliyyatı başlayandan Suriyada 538 hədəf, 935 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti