...

ABŞ dövlət katibi Afrika ölkələrinə səfər edəcək

Dünya xəbərləri Materials 6 Mart 2018 06:13 (UTC +04:00)
ABŞ dövlət katibi Reks Tillerson Afrika ölkələrinə səfər edəcək
ABŞ dövlət katibi Afrika ölkələrinə səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Reks Tillerson Afrika ölkələrinə səfər edəcək.

Trend-in verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert deyib.

Səfər zamanı Tillerson Çad, Cibuti, Efiopiya, Keniya və Nigeriyada danışıqlar aparacaq.

Səfər çərçivəsində terrorizmlə mübarizə, təhlükəsizliyin təmin edilməsi, ticarət və investisiyalara dair məsələlərin müzakirə ediləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti