...

Türkiyə parlamentində dava - FOTO

Dünya xəbərləri Materials 8 Mart 2018 10:42 (UTC +04:00)
Qarşıdurma zamanı HDP-dən millət vəkilləri xəsarət alıb.
Türkiyə parlamentində dava - FOTO

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

Trend-in məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti