...

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir - REYTİNQ

Dünya xəbərləri Materials 25 Mart 2018 13:16 (UTC +04:00)
Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb.
Ermənistan dünyanın ən bədbəxt ölkəsidir - REYTİNQ

Bakı. Trend:

Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb.

Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib.

Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış "Xoşbəxtlik haqqında ümumdünya hesabatı - 2018" adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb.

Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan reytinqdə 1 pillə yüksələrək 128-ci yeri tutur. Azərbaycan 87-ci, İran - 106, Türkiyə - 74, Rusiya isə 59-cu sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti