Tramp Putini təbrik etdi

Dünya xəbərləri Xəbər 21 Mart 2018 00:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini prezident seçkilərində qələbə münasibəti ilə təbrik edib.

Trend-in verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışıqlarının ABŞ tərəfinin təşəbbüsü ilə keçirildiyi bildirilir.

Məlumata əsasən, söhbət zamanı tərəflər dünya siyasətinin aktual məsələlərini, o cümlədən strateji sabitlik və terrorizmlə mübarizə mövzularını müzakirə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti