...

Ərdoğan İraqın şimalında öldürülən terrorçuların sayını açıqladı

Dünya xəbərləri Materials 10 Aprel 2018 17:30 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 347 üzvü məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

R.T.Ərdoğan bəyan edib ki, Türkiyə sonuncu terrorçu öldürülənədək hərbi əməliyyatları davam etdirəcək.

Xatırladaq ki, aprelin 7-dən etibarən Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti