...

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Dünya xəbərləri Materials 19 Aprel 2018 17:25 (UTC +04:00)
Qeyri-rəsmi olaraq dünyanın ən yaşlı kişisi hesab olunan 121 yaşlı Çili sakini çarpayıdan yıxılıraq ölüb
Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Bakı. Trend:

Qeyri-rəsmi olaraq dünyanın ən yaşlı kişisi hesab olunan 121 yaşlı Çili sakini çarpayıdan yıxılıraq ölüb.

Trend-in məlumatına görə, Selino Vilyanueva Xaramilyo bir neçə gün əvvəl çarpayıdan yıxılıb və nəticədə onun qabırğası, eləcə də ağciyəri zədələnib.

O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1896-cı ilin iyulunda anadan olduğu deyilən S.V.Xaramilyonun sənədləri yandığı üçün onun yaşı Ginnessin rekordlar kitabı tərəfindən qeydə alınmayıb. Hazırda dünyanın ən yaşlı kişisi 112 yaşlı yaponiyalı Masadzo Nonaka hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti