Bakı. Trend:
İrlandiyanın şimalındakı Enniskillen şəhərində şəffaf damı olan hotel açılıb.
Trend-in məlumatına görə, yeddi nömrədən ibarət hotelin hər bir nömrəsinin qeyri-adi konstruksiyası sakinlər üçün ətraf əraziyə 180 dərəcəlik baxış bucağı təqdim edir. Nömrələr isitmə sistemi və temperatur nizamlayıcısı ilə təmin olunub.
Bundan başqa, hotel sakinlərə dağ velosipedləri və Lox-Ern gölündə üzmək üçün baydarkalar təklif edir.