Bakı. Trend:
Honkonq polisi Van Çay mərkəzi rayonunda yerləşən küçə sakinlərini təxliyə edib.
Trend-in məlumatına görə, buna səbəb İkinci Dünya müharibəsindən qalma bombanın tapılması olub.
Qeyd edək ki, bu ərazidə Rusiya Baş Konsulluğu yerləşdiyi üşün qurumun bütün işçiləri təxliyə edilib.
Bu bomba il ərzində Honkonqda tapılan artıq 3-cü bombadır. Bombanın İkinci Dünya müharibəsinin sonunda ABŞ tərəfindən atıldığı güman olunur.