...

NASA Marsa helikopter göndərəcək

Dünya xəbərləri Materials 12 May 2018 08:44 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini bəyan edib.

Trend-in BBC News-a istinadən verdiyi məlumata əsasən, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.

Helikopter Qırmızı planeta 2020-ci ildə yola salınacaq və 2021-ci ildə ona çatacaq. O, digər planetdə istifadə olunacaq havadan ağır ilk apparat olacaq. Apparat üzərində dörd il işlər aparılıb, onun çəkisi 1,8 kiloqramdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti