Bakı. Trend:
"Mançester Siti"nin braziliyalı qapıçısı Ederson Ginnesin rekordlar kitabına düşüb.
Trend-in məlumatına görə, qapıçı məşq zamanı topu əllərindən qapı xəttindən 75,35 metr məsafəyə irəliyə vurub. Bu göstərici dünya rekordu olub.
Qeyd edək ki, daha öncə "Mançester Siti" komandası bir mövsüm ərzində vurulan qolların sayına görə rekorda imza atıb.