...

Aİ Türkiyəyə daha 1,5 milyard avro ayıracaq - Qaçqınlara görə

Dünya xəbərləri Materials 23 May 2018 16:01 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) miqrant böhranı ilə mübarizə üçün Türkiyəyə 2019-cu ildə daha 1,5 milyard avro ayıracaq
Aİ Türkiyəyə daha 1,5 milyard avro ayıracaq - Qaçqınlara görə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) miqrant böhranı ilə mübarizə üçün Türkiyəyə 2019-cu ildə daha 1,5 milyard avro ayıracaq.

Trend-in məlumatına görə, bu, Aİ-nin gələn il üçün büdcə layihəsində nəzərdə tutulur.

Bu vəsaitin suriyalı qaçqınların qidalanması, yaşayışı və təhsili üçün ayrılması planlaşdırılır.

2018-ci il büdcəsi çərçivəsində isə Aİ tərəfindən Ankaraya 500 milyon avro ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti