...

"Air France" Tehranla hava əlaqəsini dayandırır

Dünya xəbərləri Materials 24 Avqust 2018 00:19 (UTC +04:00)
Fransanın "Air France" aviaşirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehran şəhəri ilə hava əlaqəsini dayandıracaq
"Air France" Tehranla hava əlaqəsini dayandırır

Bakı. Trend:

Fransanın "Air France" aviaşirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehran şəhəri ilə hava əlaqəsini dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə aviaşirkətin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Biz Tehrana iqtisadi mülahizələrə görə uçuşları dayandırırıq".

Qeyd edək ki, "Air France" aviaşirkəti 1933-cü ilin 7 oktyabrında yaranıb. "Air France" 2004-cü ildə Niderlandının "KLM" aviaşirkəti ilə birləşib.

Xəbər lenti

Xəbər lenti