...

Moskvada polislərə atəş açan şəxs xəstəxanada ölüb

Dünya xəbərləri Materials 24 Avqust 2018 12:58 (UTC +04:00)
Moskvanın mərkəzində polislərə atəş açan şəxs xəstəxanada dünyasını dəyişib.
Moskvada polislərə atəş açan şəxs xəstəxanada ölüb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Moskvanın mərkəzində polislərə atəş açan şəxs xəstəxanada dünyasını dəyişib.

Trend-in məlumatına görə, ötən gün axşam Moskvanın mərkəzində, Sivçev Vrajek döngəsində naməlum şəxs polislərə silahlı hücum edib.

Bir polis əməkdaşını yaralayan həmin şəxs cavab atəşi nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra cinayətkar xəstəxanaya qaldrılıb.

Hüquq-mühafizə orqanlarının məlumata görə, 31 yaşı olan həmin şəxs RF Kabarda-Balkar Respublikasının vətəndaşı olub. O, əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti