Bakı. Trend:
NASA-nın planetlərarası stansiyası “Dawn” fəaliyyətini dayandırıb.
Trend-in məlumatına görə, buna stansiyanın yanacağının bitməsi səbəb olub.
Bununla da “Dawn” 11 illik missiyasını başa vurub.
2007-ci ilin sentyabrında fəzaya göndərilmiş “Dawn” stansiyası Vesta asteroidini və Serera cırtdan planetini tədqiq etməklə məşğul idi.
Bu, birdən çox kosmik cismi tədqiq edən ilk aparat olub.