...

Türkiyə parlamentində deputatlar dava saldı (FOTO)

Dünya xəbərləri Materials 11 Dekabr 2018 16:27 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə parlamentində deputatlar arasında dava baş verib.

Trend-in məlumatına görə, hadisə 2019-cu il dövlət büdcəsinin müzakirəsi zamanı olub.

Qeyd olunur ki, dava hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvünün çıxışından sonra başlayıb.

O bildirib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri Xalqların Demokratik Partiyasının (HDP) üzvləri ilə gizlin danışıqlarda iştirak edib.

Məlumata görə, əlbəyaxa davada “İyi Parti”nin də üzvləri iştirak edib.

Dava ilə əlaqədar olaraq spiker Binəli Yıldırım iclasa fasilə verməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti