...

Ermənistanda sonuncu rusdilli televiziya layihəsi bağlanır

Dünya xəbərləri Materials 15 Dekabr 2018 02:15 (UTC +04:00)
Ermənistanda "Nə? Harada? Nə zaman?" televiziya proqramı yeni mövsümdən yalnız erməni dilində yayımlanacaq
Ermənistanda sonuncu rusdilli televiziya layihəsi bağlanır

Bakı. Trend:

Ermənistanda "Nə? Harada? Nə zaman?" televiziya proqramı yeni mövsümdən yalnız erməni dilində yayımlanacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan öz "Facebook" səhifəsində yazıb.

A.Arutyunyan bildirib: "Yeni mövsümdən layihə efirə yalnız erməni dilində çıxaçaq. Hökümət proqrama 17 milyon dram (35 min dollar) ayıracaq. Mən təşkilatçıları oyunu rus dilində keçirdiklərinə görə dəfələrlə tənqid etmişəm".

Qeyd edək ki, bununla da Ermənistanda rus dilində efirə çıxan sonuncu televiziya proqramı bağlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti