...

Almaniyada İŞİD tərəfdarı olduğu ehtimal edilən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 24 Dekabr 2018 05:15 (UTC +04:00)
Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları 18 yaşlı Hamburq şəhərinin sakini saxlayıblar
Almaniyada İŞİD tərəfdarı olduğu ehtimal edilən şəxs saxlanılıb

Bakı. Trend:

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları 18 yaşlı Hamburq şəhərinin sakini saxlayıblar.

Trend-in məlumatına görə, saxlanılan şəxsin İŞİD terror qruplaşmasının tərəfdarı olduğu ehtimal edilir.

Məlumata əsasən, saxlanılan şəxs sosial şəbəkələrdə gənc insanları İŞİD terror qrpunun üzvü olmağa çağırıb. Bundan əlavə, o, insanları polis əməkdaşlarına qarşı hücumlar etməyə də çağırırmış.

Qeyd edilir ki, saxlanılan şəxsin evinə abxış keçirilən zaman dəlillər aşkar edilib və hazırda dəlillər öyrənilir. Digər təfərrüatlar haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti