Bakı. Trend:
Almaniyanın Maynz şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb.
Trend-in məlumatına görə, 26 yaşlı suriyalı Mayz şəhərində yerləşən mənzilində saxlanılıb. Onun mənzilində polislər tərəfindən axtarış keçirilib.
Bildirilir ki, Almaniya polisi Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqəda olaraq saxlanılmanı həyata keçiriblər.
Qeyd edilir ki, saxlanılan şəxsin daha əvvəl Roterdamda terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 4 nəfərlə əlqəsi ola bilər.
Qeyd edək ki, daha əvvəl Niderlandın Rotterdam şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Niderland polisinin mətbuat xidmətindən bildiriib: "Rotterdamın polis əməkdaşları xüsusi bölmələrin dəstəyi ilə 4 nəfərin saxlanılmasını həyata keçiriblər. Onlar terror xarakterli cinayətin hazırlanmasında şübhəli bilinirlər".