...

Niger "Boko Haram"ı vurdu, 200-dən artıq ölü var

Dünya xəbərləri Materials 3 Yanvar 2019 09:38 (UTC +04:00)
Nigerin hökumət ordusu "Boko Haram" radikal qruplaşmasının 200-dən çox silahlısını məhv edib.
Niger "Boko Haram"ı vurdu, 200-dən artıq ölü var

Bakı. Trend:

Nigerin hökumət ordusu "Boko Haram" radikal qruplaşmasının 200-dən çox silahlısını məhv edib. Trend-in məlumatına görə, silahlıların məhv edilməsi istiqamətində qurudan və hava qüvvələrinin iştirakı ilə əməliyyat keçirilib. Bu barədə barədə Nigerin Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumata görə, hücum Çad gölü rayonunda qeydə alınıb. Daha çox silahlının Komaduqu çayı ərafında məhv edildiyi deyilir.

Nazirlikdən bildiriblər ki, əməliyyatı uğurlu saymaq olar. Belə ki, "Boko Harama"a qarşı əməliyyat zamanı hökumətin nə canlı qüvvə, nə də texnika baxımından itkisi olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti