...

ABŞ-da yol qəzası baş verib: 5 uşaq ölüb

Dünya xəbərləri Materials 5 Yanvar 2019 06:59 (UTC +04:00)
ABŞ-da yol qəzası baş verib
ABŞ-da yol qəzası baş verib: 5 uşaq ölüb

Bakı. Trend:

ABŞ-da yol qəzası baş verib.Trend-in məlumatına görə, hadisə Floridada qeydə alınıb.

"Disney World" əyləncə parkına gedən yolda bir neçə nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır.

Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Yük avtomobillərinin toqquşması həmçinin yanğına səbəb olub. Nəticədə 3 avtomobil tamamilə yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti