...

Gürcüstanda "donuz qripi" daha bir nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 8 Yanvar 2019 03:25 (UTC +04:00)
Gürcüstanda "donuz qripi" daha bir nəfərin ölümünə səbəb olub
Gürcüstanda "donuz qripi" daha bir nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Gürcüstanda "donuz qripi" daha bir nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, iki həftə əvvəl Tbilisinin Müqəddəs Lazar xəstəxanasına "donuz qripi"nə yoluxmuş 41 yaşlı qadın daxil olub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin fikrincə, qadını onun xroniki xəstəlikləri olduğuna və həkimə gec müraciət etdiyinə görə müalicə etmək mümkün olmayıb.

Qeyd ədək ki, Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı artıq 10 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti