...

Venesuela XİN rəhbəri Peruda ölkəsinin səfirliyinə hücum edildiyini bildirib

Dünya xəbərləri Materials 11 Yanvar 2019 02:43 (UTC +04:00)
Venesuela XİN rəhbəri Xorxe Arreasa Peruda ölkəsinin səfirliyinə hücum edildiyini bildirib
Venesuela XİN rəhbəri Peruda ölkəsinin səfirliyinə hücum edildiyini bildirib

Bakı. Trend:

Venesuela XİN rəhbəri Xorxe Arreasa Peruda ölkəsinin səfirliyinə hücum edildiyini bildirib.

Trend-in məlumatına görə, xarici işlər naziri bu barədə öz "Twitter" səhifəsində yazıb.

X.Arreasa bildirib: "Biz bu gün bir nəçə hücuma məruz qalmış diplomatik heyyətimizə və Limada səfirliyimizə qarşı istənilən hərəkətlərə görə məsuliyyəti Peru hökümətinin üzərinə qoyuruq. Biz Vyana Konvensiyasının yerinə yetirilməsini tələb edirik".

Qeyd edək ki, daha əvvəl Peru höküməti məsləhətləşmələr üçün ölkəsinin Venesueladakı müvəqqəti işlər vəkili Rosa Alvaresi geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti