...

Türkiyədə TERROR aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 21 Yanvar 2019 14:17 (UTC +04:00)
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb
Türkiyədə TERROR aktının qarşısı alınıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, xüsusi əməliyyat zamanı 150 kiloqrama yaxın partlayıcı maddə ələ keçirilib.

Bundan başqa, ərazinin və bölgədə yerləşən strateji obyektlərin xəritəsi müsadirə olunub.

Qeyd olunur ki, terror aktını PKK terror təşkilatı planlaşdırırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti