Bakı. Trend:
ABŞ və Cənubi Koreya hakimiyyəti birgə hərbi təlimlərin miqyasının azaldılması barədə elan etmək niyyətindədirlər.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, dünyada ən böyük təlimlərdən biri sayılan ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri bu il ənənəvi formtada keçirilməyəcək.
Mənbələrdən biri bildirib ki, hərbi təlimlərin miqyasının azaldılması barədə qərar bu həftə ABŞ və KXDR liderlərinin Hanoyda keçirilən görüşündən öncə qəbul edilib və bu səbəbdən sözügedən görüşün nəticələrindən biri sayılmır.