...

Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin edilib

Dünya xəbərləri Materials 4 Aprel 2019 05:27 (UTC +04:00)
"Fox News" telekanalının eksperti Morqan Ortaqus ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib
Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin edilib

Bakı. Trend:

"Fox News" telekanalının eksperti Morqan Ortaqus ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilən dövlət katibi Mayk Pompeonun yaydığı bəyanatda deyilir.

M.Pompeo deyib: "Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi qismində Morqan Ortaqusu salamlamağa şadam. Morqan əvvəlki dövlət qulluğunda qazandığı böyük təcrübə və biliyi gətirəcək. Bütün karyerasını o, maliyyə xidmətləri, konsaltinq və diplomatiya sahəsində işləyib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabitidir".

Dövlət katibi əlavə edib ki, M.Ortaqus ABŞ-ın maliyyə nazirliyində kəşfiyyat üzrə analitik kimi də işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti