Bakı. Elnur Bağışov - Trend:
İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib.
Trend-in məlumatına görə, Giti Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib.
Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi Ginnesin rekordlar kitabına düşüb.
1 tondan artq çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.
Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib.