...

Kanadada təyyarə qəzası - 2 nəfər öldü

Dünya xəbərləri Materials 28 May 2019 13:05 (UTC +04:00)

Bakı. Trend:

Kanadada yüngül motorlu təyyarə qəzası baş verib. Trend-in məlumatına görə, "Cessna 170" təyyarəsi Yukon ərazisinin paytaxtı Uaytxors şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində 2 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, təyyarə Alyaska ştatına - Ankoricə uçmalı idi. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti