Bakı. Trend:
Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında tibbi yardım göstərilmədiyi üçün ölüb.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb:
“Səlahiyyətli şəxslər isə vəziyyətə müdaxilə etməyib. Mursi təbii ölümlə ölməyib, o öldürülüb. Türkiyə bu məsələni izləyəcək”.
R.T.Ərdoğan vəd edib ki, Misir hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək.