...

Meksikada polislər tətil edir

Dünya xəbərləri Materials 4 İyul 2019 19:42 (UTC +04:00)
Meksikada federal polis əməkdaşları müddətsiz tətilə başlayıb.
Meksikada polislər tətil edir

Bakı. Trend:

Meksikada federal polis əməkdaşları müddətsiz tətilə başlayıb.

Trend-in məlumatına görə, paytaxt Mexikoda tətil edənlər bir sıra küçələri bağlayıb.

Aksiya ilə əlaqədar Mexikonun əsas şoselərində nəqliyyatın hərəkəti dayanıb.

Polislər yaradılması nəzərdə tutulan Milli Qvardiyanın tərkibinə keçməyə etiraz edir. Onlar hesab edir ki, bu addımın atılacağı təqdirdə əməkhaqları azalacaq.

Tətillər Meksikanın digər şəhərlərində də keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti