...

İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Dünya xəbərləri Materials 20 İyul 2019 00:11 (UTC +04:00)
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Bakı. Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.

"Reuters" agentliyi öz növbəsində bildirib ki, Böyük Britaniya hökumətinin Fövqəladə Komitəsi "COBRA" nef tankerinin saxlanılmasına dair təcili iclas keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti