...

İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

Dünya xəbərləri Materials 5 Avqust 2019 02:29 (UTC +04:00)
İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniyalı alpinist ölüb
İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

Bakı. Trend:

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniyalı alpinist ölüb.

Trend-in məlumatına görə, Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

Məlumata əsasən, hadisə avqustun 3-də saat 8:30-da baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti