...

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Dünya xəbərləri Materials 10 Avqust 2019 05:19 (UTC +04:00)
Türrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar
Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Bakı. Trend:

Türrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, terrorçular yaşayış məntəqəsini atəşə tutması nəticəsində 1 dinc sakin həlak olub, 2-si isə yaralanıb: "Daha sonra terrorçular bu ərazidə yerləşən Suriya ordusunun mövqelərinə hücum ediblər. Hökumət qoşunları hücum qarşısını ala bilib".

A.Bakin qeyd edib ki, terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub, 21-i isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti