...

Meksikada silahlı hücum nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Avqust 2019 08:55 (UTC +04:00)
Meksikanın Samora şəhərində (Miçoakan ştatı) naməlum silahlılar bir qrup insana hücum edib
Meksikada silahlı hücum nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Samora şəhərində (Miçoakan ştatı) naməlum silahlılar bir qrup insana hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident nəticəsində 6 nəfər həlak olub. Onlardan 4-ü kişi, 2-si isə qadın olub.

Bildirilir ki, hücum baş verən rayonda bir neçə cinayətkar qruplaşma ərazi üzərində nəzarəti səbəbindən mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti