...

Misirin sabiq prezidentinin oğlu ürək tutmasından ölüb

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 04:20 (UTC +04:00)
Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasından ölüb
Misirin sabiq prezidentinin oğlu ürək tutmasından ölüb

Bakı. Trend:

Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasından ölüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məluma görə, Əl-Vahat xəstəxanasından mənbə bildirib ki, 24-yaşlı Abdulla Mursi xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib.

Qeyd edilir ki, təhlükəsizlik orqanları bu barədə məlumatlandırılıb.

Mursi ailəsinin vəkili Misirin sabiq prezidentinin kiçik oğlunun ölümünü təsdiq edib. Onun sözlərinə görə, Abdulla Mursi avtomobil idarə etdiyi zaman ürək tutmasından dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti