...

Moskvanın ən yaşlı sakini müəyyən edilib

Dünya xəbərləri Materials 26 Sentyabr 2019 19:08 (UTC +04:00)

Bakı. Trend:

Moskva şəhərinin ən yaşlı sakininin 119 yaşı tamam olub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Pensiya Fondunun Moskva vilayəti üzrə bölməsi bildirib.

Məlumata əsasən, ən yaşlı sakin Marina Qustova 1900-cü ildə anadan olub.

Qeyd edək ki, dünyanın ən yaşlı sakini Yaponiyada yaşayan Kane Tanakadır. Bu ilin martında onun 116 yaşı tamam olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti