...

Kanadada kiçik təyyarə gölə düşüb

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 01:51 (UTC +04:00)
Kiçik təyyarənin Kanadanın Manitoba ayələtində gölə çırpılması nəticəsində üç nəfər itkin düşüb
Kanadada kiçik təyyarə gölə düşüb

Bakı, Trend:

Kiçik təyyarənin Kanadanın Manitoba ayələtində gölə çırpılması nəticəsində üç nəfər itkin düşüb.

Trend-in bazar günü TASS-a istinadən verdiyi məlumata görə, hadisə bölgənin paytaxtı Winnipegdən təxminən 280 km şimal-şərqdə meydana gəlib. Şahidlərin sözlərinə görə, təyyarə ağaca çırpılıb və sonra suya düşüb. Təyyarədə üç nəfər olub.

Qeyd edək ki, xilasedicilər təyyarənin dağıntılarını artıq aşkar ediblər. Təyyarədəki insanların axtarışı başlanılıb. Akvalanqçılar axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti