Bakı. Trend:
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Almaniyanın "Bavariya" futbol klubu ilə danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə "Gazeta.Ru" "La Gazzetta Dello Sport" qazətinin jurnalisti Nikolo Skiruya istinadən bildirib.
56 yaşlı mütəxəssis klubla 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir.
Bildirilir ki, "Bavariya" rəhbərliyi Hollandiyanın "Ayaks" komandasının baş məşqçisi Erik ten Hak və Fransanın PSJ komandasının baş məşqçisi Tomas Tuxelin namizədliyini nəzərdən keçirir.