Bakı. Trend:
Qvatemalanın Sakapa departamentində sərnişin avtobusu yük maşını ilə toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 20 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb.
Bildirilir ki, qəza zamanə avtobusda təxminən 55 sərnişin olub.
Məlumata əsasən, qəzanın səbəbi araşdırılır.