...

İndoneziyada ağır yol qəzası olub: 24 ölü, 13 yaralı

Dünya xəbərləri Materials 24 Dekabr 2019 08:11 (UTC +04:00)
İndoneziyanın Cənubi Sumatra əyalətində sərnişin avtobusu dərəyə aşıb
İndoneziyada ağır yol qəzası olub: 24 ölü, 13 yaralı

Bakı. Trend:

İndoneziyanın Cənubi Sumatra əyalətində sərnişin avtobusu dərəyə aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 24 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti