...

Parisdəki etirazlarda həbs olunanların sayı artır

Dünya xəbərləri Materials 11 Yanvar 2020 22:23 (UTC +04:00)
Parisdə təqaüd islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb
Parisdəki etirazlarda həbs olunanların sayı artır

Bakı. Trend:

Parisdə təqaed islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha əvvəl saxlanılanların sayının 7 olduğu bildirilirdi.

14:00-da başlayan nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib. Maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti