...

Rusiyada dənizçilərə 395 il həbs cəzası verildi

Dünya xəbərləri Materials 27 Yanvar 2020 19:56 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstan məhkəməsi qeyri-leqal miqrantların daşınmasında təqsirli bilinən rusiyalı dənizçiləri uzunmüddətli həbs cəzasına məhkum edib.

Trend-in məlumatına görə, Anton Karramov və Platon Davıdov adlı dənizçilərin hərəsi 395 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda dənizçilərin yaxınları apellyasiya şikayəti vermək üçün vəkil axtarışındadır.

Qeyd olunur ki, apellyasiya şikayəti təmin olunsa belə, dənizçilər azı 20 il həbsdə qalacaq. Onlarla yanaşı, daha 12 dənizçi məhkəmə hökmünü gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti