...

Rusiya Çinlə sərhədi bağladı

Dünya xəbərləri Materials 30 Yanvar 2020 13:43 (UTC +04:00)
Rusiyanın Baş naziri Mixail Mişustin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalayıb
Rusiya Çinlə sərhədi bağladı

Bakı. Trend:

Rusiyanın Baş naziri Mixail Mişustin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib.

Baş nazir hökumətin iclasında sərəncamla bağlı müvafiq tapşırıqların verildiyini deyib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti