...

Tramp "Taliban"la imzalanan razılaşmanı şərh edib

Dünya xəbərləri Materials 1 Mart 2020 00:50 (UTC +04:00)
ABŞ ölkənin ən uzun müddətli müharibəsinə son qoymaq və əsgərləri evə qaytarmaq üzərində işləyir
Tramp "Taliban"la imzalanan razılaşmanı şərh edib

Bakı. Trend:

ABŞ ölkənin ən uzun müddətli müharibəsinə son qoymaq və əsgərləri evə qaytarmaq üzərində işləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp "Taliban"la razılaşmanın imzalanmasından sonra deyib.

D.Tramp bildirib: "Biz nəhayət Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik".

Xatırladaq ki, ötən gün ABŞ və "Taliban" hərəkatı arasında sülh razılaşması imzalanıb. Razılaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatının liderinin müavini, hərəkatın Qətərdəki siyasi ofisinin rəhbəri molla Abdulla Qani Baradar imzalayıblar. Sülh razılaşmasının imzalanması mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti