...

İranda daha bir deputat koronavirusdan öldü

Dünya xəbərləri Materials 7 Mart 2020 12:52 (UTC +04:00)
İran parlamentinə yenidən deputat seçilmiş Fatimə Rəhbər yeni koronavirus (COVID 19) nəticəsində dünyasını dəyişib.
İranda daha bir deputat koronavirusdan öldü

Bakı. Elnur Bağışov - Trend:

İran parlamentinə yenidən deputat seçilmiş Fatimə Rəhbər yeni koronavirus (COVID 19) nəticəsində dünyasını dəyişib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Mötəlifə Eslami partiyasının mərkəzi şurasının üzvü İranın xəstəxanalarından birində yeni virusa görə müalicə olunurdu.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ötən gün (6 mart) 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü təsdiqləyib.

İranın bir sıra rəsmiləri, o cümlədən prezidentin müavini, parlamentin 20-dən çox deputatı, səhiyyə nazirinin müavini və digər rəsmilər yeni koronavirusa yoluxub.

İndiyədək İranın Vatikandakı sabiq səfiri, İran parlamentinin 2 deputatı və bir sıra digər rəsmilər koronavirus nəticəsində dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti