...

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 16 Mart 2020 15:41 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.

Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti