...

Sinqapurda koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 19 Mart 2020 01:35 (UTC +04:00)

Bakı. Trend:

Sinqapurda yeni növ koronavirusa (COVİD-19) daha 47 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Sinqapurda koronavirusa yoluxanların ümumi sayı 313 nəfərə çatıb.

Bildirilir ki, indiyədək 117 xəstə sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti