...

Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırılır

Dünya xəbərləri Materials 20 Mart 2020 13:45 (UTC +04:00)
Gürcüstan koronavirus infeksiyasının (Covid-19) yayılma riskini azaltmaq üçün Türkiyə ilə hava nəqliyyatının hərəkətini bu gündən tamamilə dayandıracaq.
Gürcüstan və Türkiyə arasında uçuşlar dayandırılır

Bakı. Trend:

Gürcüstan koronavirus infeksiyasının (Covid-19) yayılma riskini azaltmaq üçün Türkiyə ilə hava nəqliyyatının hərəkətini bu gündən tamamilə dayandıracaq.

Trend-in məlumatına görə, yalnız Gürcüstan Hava Yolları tərəfindən hökumətlə kordinasiya edilmiş uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.

Hazırda Gürcüstanda 1575 nəfər karantin nəzarətində, 275 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Koronavirusa yoluxmuş bir nəfər sağalaraq evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti